Topaz Premyer Liqasının XXI turu “Xəzər Lənkəran”ın 2 futbolçusu üçün yubiley qolu ilə əlamətdar olub. Fanat.az xəbər verir ki, “Qəbələ” ilə səfər oyununda bərabərlik qolunu vuran Sadio Tounkara ağ-yaşıl formada 10-cu dəfə rəqib qapısına yol tapıb.
Malili futbolçu qollarından 8-ni çempionatda vurub: 2011/12 - 1 qol, 2012/13 - 5 qol, 2013/14 - 2 qol. Yarımmüdafiəçi digər iki qolunu cari mövsüm Azərbaycan Kuboku yarışında rəqib qapısından keçirib.
Qəbələdəki matçda "Xəzər Lənkəran"ın ikinci qolunu vuran Mbilla Etame da 10-a çatıb. Lakin o, bununla kifayətlənməyib və qələbə qolu ilə 11-ci dəfə “Xəzər Lənkəran” fanatlarını sevindirib. Bununla da Etame ötən tur 11-ci qolunu vuran Manuel Skarlatakeyə çatıb.
Mbilla bütün qollarını cari mövsümdə vurub. Legioner 8 dəfə çempionat, 2 dəfə kubok, 1 dəfə Superkubokda topu qapıdan keçirib.
“Xəzər Lənkəran” tarixində 10 və daha çox qol vuranlar
| 1 | Zaur Ramazanov | 44 |
| 2 | Samir Əliyev | 34 |
| 3 | Rahid Əmirquliyev | 27 |
| 4 | Mario Souza | 26 |
| 5 | İvan Çvetkov | 24 |
| 6 | Vüqar Nadirov | 18 |
| 7 | Rəşad Abdullayev | 18 |
| 8 | Oqtay Dərəlioğlu | 18 |
| 9 | Allan Lalin | 14 |
| 10 | Branimir Subaşiç | 14 |
| 11 | Edmond N`Tiamoa | 13 |
| 12 | Emin Quliyev | 12 |
| 13 | Alim Qurbanov | 12 |
| 14 | Uinston Parks | 12 |
| 15 | Etame Mbilla | 11 |
| 16 | Adrian Manuel Skarlatake | 11 |
| 17 | Junior Osvaldo | 11 |
| 18 | Emeka Opara | 11 |
| 19 | Sadio Tounkara | 10 |
lankaranfc.com