Topaz Premyer Liqasında mövsümün ikinci yarısına “Simurq”la qarşılaşma ilə start verəcək “Xəzər Lənkəran” 2015-ci ildə ilk rəsmi matçına çıxacaq. Fanat.az xəbər verir ki, 2004-cü ildə yaranan Lənkəran klubu bu qarşılaşma ilə özünün 12-ci ilinə başlayacaq.
Debüt ilinə avqustda start götürən komanda 11-ci dəfə qışda ilin ilk görüşünə çıxacaq. Ardıcıl 2-ci, ümumilikdə 6-cı dəfə belə oyun səfərdə baş tutacaq. Düzdü, bunlardan biri - 2005-ci ilin ilk rəsmi matçı baş tutmayıb və texniki qələbə ilə tarixə düşüb. Əvvəlki 11 ildən 5-nə qələbə, 4-nə heç-heçəylə başlayan komandamız yalnız iki dəfə ilk görüşdə uduzub.
| 07.08.2004 | Çempionat | Turan (Tovuz) - Xəzər Lənkəran | 1:1 |
| 18.02.2005 | Çempionat | Şəfa (Bakı) - Xəzər Lənkəran | -:+ |
| 12.02.2006 | Çempionat | Xəzər Lənkəran - Olimpik (Bakı) | 1:0 |
| 16.02.2007 | Çempionat | Neftçi (Bakı) - Xəzər Lənkəran | 1:0 |
| 19.01.2008 | Birlik kuboku | Xəzər Lənkəran - Kaunas (Litva) | 3:0 |
| 15.02.2009 | Çempionat | Xəzər Lənkəran - Karvan (Yevlax) | 0:0 |
| 03.02.2010 | Çempionat | Xəzər Lənkəran - Standard(Sumqayıt) | 0:0 |
| 13.02.2011 | Çempionat | Neftçi (Bakı) - Xəzər Lənkəran | 0:0 |
| 16.02.2012 | Çempionat | Xəzər Lənkəran - AZAL (Bakı) | 1:0 |
| 11.02.2013 | Çempionat | Xəzər Lənkəran - İnter (Bakı) | 2:3 |
| 01.02.2014 | Çempionat | Qarabağ (Ağdam) - Xəzər Lənkəran | 0:1 |
Fanat.az