"Xəzər Lənkəran"ı kimlər tərk etdi?

"Xəzər Lənkəran"ı kimlər tərk etdi?
“Xəzər Lənkəran” müdafiəçi Aleksandr Şemonayevlə münasibətlərini rəsmiləşdirib. Fanat.az xəbər verir ki, ötən mövsüm AZAL-ın heyətində çıxış etmiş sol cinah müdafiəçisi daha əvvəl “Simurq” və “Abşeron” komandaların formasını geyinib. 29 yaşlı futbolçu ilə bir il müddətinə müqavilə imzalanıb.
 
"Xəzər Lənkəran" yollarını ayırdığı futbolçuların da adlarını açıqlayıb. Müqaviləsi başa çatan futbolçular Alvaro Silva, Adrian Pit, Nikola Qliqorov və Deyvid Sakkoni ilə yollar ayrılıb. Zoahir Benouahi və Slavik Alxasovla müqavilələrə isə qarşılıqlı şəkildə xitam verilib.
 
“Xəzər Lənkəran” adıçəkilən hər bir futbolçuya klubda olduqları müddət ərzində xidmətlərinə görə təşəkkür edib və onlara karyeralarında uğurlar arzu edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər