Topaz Premyer Liqasının XIV turunun 3 oyunu canlı yayımlanacaq. Fanat.az xəbər verir ki, hər üç matçı "İdman Azərbaycan" kanalı efirə verəcək.
Kananda noyabrın 21-də "Qəbələ" - AZAL, bir gün sonra "Bakı" - "Xəzər Lənkəran", ayın 23-də isə "İnter" - "Neftçi" oyunlarını azarkeşlərə təqdim edəcək.
Turun "Sumqayıt" - "Simurq" və "Qarabağ" - "Rəvan" oyunları canlı yayımlanmayacaq.
Fanat.az