Con Toşakın istefasından sonra baş məşqçisiz qalan "Xəzər Lənkəran"ı türk mütəxəssis çalışdıra bilər. Fanat.z xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Həmkarlarımızın iddiasına görə, Toşakın istefasından sonra Türkiyə millisinin sabiq məşqçisi Oğuz Çətinin kluba rəhbərlik etməsi gündəmə gəlib. Dünən "Bakı" ilə oyunu canlı izləyən Çətindən başqa Mustafa Dənizlinin də adı namizədlər siyahısındadı.
Fanat.az