"Xəzər Lənkəran"ı azarkeşləri ziyana saldı

"Xəzər Lənkəran"ı azarkeşləri ziyana saldı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın XXVII turunun oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Simurq"la matçın 86-cı dəqiqəsində “Xəzər Lənkəran”ın azarkeşləri meydançaya kənar əşya atıb. Bu səbəbdən klub 2000 manat cərimə olunub.
“Neftçi” ilə matçın 71-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Mişel Balakoq idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klubu 200 manat cərimələnib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər