Sloveniyada təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" son yoxlama matçını keçirib. Fanat.az xəbər verir ki, cənublular bu mövsüm Rusiya Premyer Liqasına vəsiqə əldə etmiş "Arsenal”la qarşılaşıblar.
Təmsilçimiz görüşdən 2:1 heasblı qələbə ilə ayrılıb. Hesabı 32-ci dəqiqədə "Arsenal"ın hücumçusu Aleksey Bazanov açıb. Lakin Tula təmsilçisinin sevinci cəmi 1 dəqiqə davam edib. Lənkəran klubu Qalin İvanovla bərabərliyi yaxalayıb. Matçda son nöqtəni 78-ci dəqiqədə Etame Mbilla qoyub.
Qeyd edək ki, "Xəzər Lənkəran" Sloveniya toplanışında daha öncə Ukrayna "Karpatı"sına 2:1, Latviya "Yurmala”sına 3:1 hesabı ilə qalib gəlib, Serbiya "Rad"ı ilə isə 2:2-li heç-heçəyə imza atıb.