"Xəzər Lənkəran"ın gənc qapıçısı Orxan Sadıqlı ilə yeni müqavilə imzalaması barədə xəbər vermişdik. Artıq klub xəbəri təsdiqləyib.
Fanat.az "Xəzər Lənkəran"ın rəsmi saytına istinadən xəbər verir ki, klubun yetirməsi ilə başa çatmaqda olan müqavilənin daha üç il müddətinə artırılması barədə razılıq əldə olunub.
Bununla yanaşı digər qapıçı, Braziliyalı Duqlas Leyte ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilməsi qərara alınıb. "Xəzər Lənkəran" Duqlasa komandaya etdiyi köməyə görə təşəkkürünü bildirib və ona gələcək karyerasında uğurlar arzu edib.
Fanat.az