"Xəzər Lənkəran" Eduard Oriolla bağlı rəsmi açıqlama yayıb. Fanat.az xəbər verir ki, Lənkəran klubu ispan yarımmüdafiəçi ilə yollarını ayırdığını açıqlayıb.
Açıqlamada bildirilir ki, futbolçu ilə klub arasında imzalanan müqaviləyə qarşılıqlı şəkildə xitam verilib. "Xəzər Lənkəran" Oriola təşəkkürünü bildirib, ona gələcək karyerasında müvəffəqiyyətlər arzu edib.
Qeyd edək ki, yayda "Xəzər Lənkəran"a keçən Edu ölkəmizdə 8 oyuna çıxıb və 230 dəqiqə oynayıb. "Xəzər Lənkəran"a "Saraqosa"dan gələn 27 yaşlı yarımmüdafiəçi 2009-2011-ci illərdə "Barselona"nın B komandasında 31 oyuna çıxıb və 6 qol vurub. O, Kataloniyanın A komandasına cəlb olunsa da, rəsmi matçlarda debüt edə bilməyib.
Fanat.az