"Mustafa Dənizli hazırda İstanbuldadı. Amma bu, onun klubdan ayrılması və istefa verməsi anlamına gəlmir". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
Klub rəsmisi türk mütəxəssisin bu gün işinin başında olacağını bildirib: "Baş məşqçi yenidən müayinə üçün vətəninə qısamüddətli səfərə gedib və sabah (bu gün) Azərbaycana qayıdaraq, işinin başına keçəcək. Klub rəhbərliyi ona inanır və növbəti mövsüm güclü komanda qurmaq üçün bütün şəraiti yaradacaq. Bir sözlə, istefa məsələsi ilə bağlı yayılanlar yanlış məlumatdı".
Fanat.az