"Xəzər Lənkəran"dan azarkeşlərə jest

"Xəzər Lənkəran"dan azarkeşlərə jest
Topaz Premyer Liqasının IV turunun "Xəzər Lənkəran" - "İnter" matçına bilet satılmayacaq. Fanat.az xəbər verir ki, Lənkəran klubunun prezidenti Mais Mənsimovun qərarına əsasən azarkeşlər üçün oyuna giriş sərbəst olacaq.
 
Qeyd edək ki, "Xəzər Lənkəran" ilk 3 turda 8 xal itirib. Mövsümün yeganə xalını ilk turun AZAL-la oyununda qazanan lənkəranlılar azarkeşləri narazı salıb. Görünür "Xəzər Lənkəran" rəhbərliyi bu yolla azarkeşlərin könlünü almaq istəyir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər