"Xəzər Lənkəran"ın yollarını ayırdığı Eduard Oriolun yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, ispan futbolçu karyerasını Cənubi Kipr çempionatında davam etdirəcək.
Belə ki, sol cinah yarımmüdafiəçisi AEL klubunda çıxış edəcək. Oriol tezliklə Limassol təmsilçisi ilə müqavilə bağlayacaq.
Qeyd edək ki, yayda "Xəzər Lənkəran"a keçən Edu ölkəmizdə 8 oyuna çıxıb və 230 dəqiqə oynayıb. "Xəzər Lənkəran"a "Saraqosa"dan gələn 27 yaşlı yarımmüdafiəçi 2009-2011-ci illərdə "Barselona"nın B komandasında 31 oyuna çıxıb və 6 qol vurub. O, Kataloniyanın A komandasına cəlb olunsa da, rəsmi matçlarda debüt edə bilməyib.
Fanat.az