"Xəzər Lənkəran"dan ayrılanlar havada qalıb

"Xəzər Lənkəran"dan ayrılanlar havada qalıb

Bu yay "Xəzər Lənkəran"ı tərk edən əcnəbi futbolçulardan yalnız ikisi özünə yeni iş yeri tapıb. Fanat.az xəbər verir ki, Roberto Alviz və Gökhan Güləçin çıxış edəcəyi klublar müəyyənləşib. 

Belə ki, Gökhan Güləç Türkiyənin "İnegölspor", 

Roberto Alviz isə Qazaxıstanın "Atırau" klublarına keçib. Argentinalı Lusiano Olguin, yunan Dimitrios Sialmas, portuqaliyalı Eder Borfim, ispan Toni Doblas, xorvat Marin Orsuliç və rumın Adrian Pit isə hələ də işsizdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər