"Xəzər Lənkəran"dan 300 min avro istədim"

"Xəzər Lənkəran"dan 300 min avro istədim"
"Xəzər Lənkəran"la maliyyə məsələsində razılığa gələ bilmirik. Hazırda bu söhbət açıq qalıb. Danışıqlar davam edir. Onlardan xəbər gözləyirəm". Fanat.az xəbər verir ki, bu sözləri rumın qapıçı Kristian Balqradyen deyib.
Rumıniyanın “Dinamo” klubundan ayrılan qolkiper bir müddətdi "Xəzər Lənkəran"ın maraq dairəsindədi. Kristian ölkəsində verdiyi açıqlamada Azərbaycan klubundan istədiyi məbləği açıqlayıb: "Onlardan illik 300 min avro maaş istədim. Amma razılıq vermədilər. Hələlik xəbər yoxdu. Ümid edirəm ki, qarşıdakı günlərdə aramızda razılıq əldə olunsun". 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər