"Xəzər Lənkəran"da yeni sima

"Xəzər Lənkəran"da yeni sima

"Xəzər Lənkəran"ın məşqçi korpusuna yeni mütəxəssis cəlb olunub. Fanat.az xəbər verir ki, cənublularla əldə etdiyi razılaşma nəticəsində Ciovanni Melkiorre komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsinə təyin olunub. 

51 yaşlı Melkiorre "Xəzər Lənkəran"da tanış simadı. Belə ki, italyan məşqçi 2011-ci ildə komandada çalışıb. Melkiyorrenin işlədiyi klubların siyahısında Türkiyənin "Qalatasaray", Rumıniyanın "Astra Curcu" və "Petrolul Ploeşti" klubları var. Mütəxəssisisin son iş yeri isə digər rumın klubu "ÇFR Kluj" olub. 

 

Ciovanni Melkiyorre ilə "Xəzər Lənkəran" arasında 2 illik müqavilə bağlanıb. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər