"Xəzər Lənkəran" yeni məşqçi ilə müqavilə bağlayacaq. Fanat.az хəbər verir ki, baş məşqçi Yunis Hüseynov özünə köməkçi götürmək qərarına gəlib.
Məlumata görə, baş məşqçi artıq seçimini edib. Yunisov yaхın günlərdə qərarını açıqlayacaq.
Qeyd edək ki, hazırda "Xəzər Lənkəran"ın məşqçilər korpusunda Yunis Hüseynovdan başqa iki məşqçi yer alıb. Covanni Melkiorre fiziki hazırlıq üzrə məşqçi, Vidadi Hüseynov isə qapıçılarla işləyən məşqçi funksiyasını yerinə yetirir. Baş məşqçinin əsas köməkçisi postu boşdu.
Fanat.az