"Xəzər Lənkəran"da tətil

"Xəzər Lənkəran"da tətil

Premyer Liqanın XI turunda "Simurq"u məğlub edən (2:1) "Xəzər Lənkəran" istirahətə buraxılıb. Fanat.az xəbər verir ki, baş məşqçi Oğuz Çətin yetirmələrinə iki günlük istirahət verib.

Milli komandamızın Norveçlə oyununa görə noyabrın 19-dək Premyer Liqada yaranan fasilə müddətində "Xəzər Lənkəran" Bakıda hazırlıq keçəcək. Komanda iki gün sonra paytaxtda toplaşaraq məşqlərə başlayacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər