"Xəzər Lənkəran"da son durum: zədəlilər...

"Xəzər Lənkəran"da son durum: zədəlilər...
AZAL-la oyuna hazırlaşan "Xəzər Lənkəran"ın heyətində 3 zədəli futbolçu var. Fanat.az xəbər verir ki, Rasim Ramaldanov, Rahid Əmirquliyev və Elnur Abdullayev hazırda zədədən əziyyət çəkir.
"Neftçi" ilə oyunun əvvəlində zədələnən Rasim Ramaldanovun müalilicəsi davam edir. Millinin üzvü hələ 3 həftə də müalicə olunacaq.
"Qəbələ" matçında əzələsini dartan kapitan Rahid Əmirquliyev ən azı 2 həftə oynaya bilməyəcək. Elnur Abdullayevin durumu isə nisbətən yaxşıdı. Dünənki məşqdə yüngül qaçışla kifayətlənən futbolçu AZAL matçını buraxsa da, növbəti turda meydanda olacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər