"Xəzər Lənkəran"da şok: Ramaldanovun...

"Xəzər Lənkəran"da şok: Ramaldanovun...

"Xəzər Lənkəran"ın futbolçusu Rasim Ramaldanovun zədəsi ciddidi. Fanat.az xəbər verir ki, milli üzvünün çanaq sümüyü çatlayıb.

Futbolçu dərhal Bakıya göndərib. Rasim burada maqnit-rezonans tomoqrafiyası müayinəsi keçəcək. Onun nə qədər yaşıl meydanlardan kənarda qalacağı hələ bəlli deyil.

Qeyd edək ki, Rasim "Neftçi" ilə oyunda meydana start heyətində çıxıb. Lakin oyunun əvvəlində zədələnən futbolçu 24-cü dəqiqədə Ağabala Ramazanov tərəfindən əvəzlənib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər