"Xəzər Lənkəran" ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Con Toşak Junior Nildonun xidmətindən məhrum olub.
Cari mövsümdə 4 qol vuran braziliyalı dünən "Simurq"la oyunda zədə alıb. Meydana start heyətində çıxan Nildo 18-ci dəqiqədə əvəzlənib. Futbolçu "Neftçi" ilə oktyabrın 23-də baş tutacaq Super Kubok oyununda meydana çıxmayacaq.
Fanat.az