"Xəzər Ləkəran" ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Elbrus Məmmədov komandanın əsas qapıçısı Orxan Sadıqlının xidmətindən məhrum olub.
Belə ki, qolkiper cəzalı duruma düşüb. "Kəpəz"lə oyunun 65-ci dəqiqəsində hakim qərarına etiraz edən Orxan cəzalanıb və sarı vərəqə limitini doldurub. Bu onun cari mövsümdə 4-cü "sarı"sı olduğundan XXVI turda "İnter"ə qarşı oynaya bilməyəcək.
Fanat.az