"Xəzər Lənkəran"da şok: 3-ü sıradan çıxdı

"Xəzər Lənkəran"da şok: 3-ü sıradan çıxdı

VI turda "Bakı"nı 2:1 hesabı ilə yenib mövsümün ilk qələbəsini qazanan "Xəzər Lənkəran" ciddi itkilərlə üzləşib. Fanat.az xəbər verir ki, Lənkəran klubunun 3 əsas heyət üzvü sıradan çıxıb.

Belə ki, mərakeşli Zohair Benuahi, braziliyalı Junior Nildo və rumın Manuel Skarlatake zədələnib. Hər üç futbolçu məşqlərdən kənarda qalıb. Onlar AZAL-la VII tur matçında oynamaya bilərlər.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər