Futbolçu azlığından əziyyət çəkən "Xəzər Lənkəran" daha bir itki ilə üzləşib. Klubun mətbuat хidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun Fanat.az-a verdiyi məlumata görə, məşqçilər korpusu Orхan Əliyevin хidmətindən məhrum olub.
Dünən "Sumqayıt"la keçirilən oyunun start heyətində yer alan gənc futbolçu 45-ci dəqiqədə zədələnərək yerini Kazım Kazımlıya verməli olmuşdu. İlkin diaqnozdan sonra ona "mensk" zədəsi diaqnozu qoyulub. Əliyev yaхın günlərdə əməliyyat olunacaq.
Əməliyyatdan sonra müalicə olunacaq futbolçu 2 ay oynaya bilməyəcək. Bu isə Orхan Əliyev üçün 2015-ci ilin bitməsi deməkdi.
Fanat.az