"Xəzər Lənkəran"da qiyam: Yunis Hüseynov geri qayıtdı - FOTO

"Xəzər Lənkəran"da qiyam: Yunis Hüseynov geri qayıtdı - FOTO
"Xəzər Lənkəran"da növbəti dəfə baş məşqçi istefası reallaşıb. Fanat.az xəbər verir ki, bir neçə gün əvvəl Yunis Hüseynovun yerinə keçən Elbrus Məmmədov istefa verib.
Belə ki, "Xəzər Lənkəran"da ciddi maliyyə problemləri yaranıb. Bu səbəbdən klub futbolçularına maaş ödəyə bilmir. Bunun nəticəsi olaraq futbolçular narazılıq edir. Klub rəhbərliyi bu gün Elvin Mirzəyevlə Kazım Kazımlını heyətdən kənarlaşdırıb, Elşən Rzazadə, Elnur Cəfərov və Kamran Abdullazadəni isə transferə çıxarıb. Bu futbolçuların maaşlarını ala bilmədikləri üçün etiraz etdikləri bildirilir.
İddiaya görə, Elbrus Məmmədov istefa verib. Bu gün komandanı bir neçə gün əvvəl postundan ayrılan və idman direktoru təyin olunan Yunis Hüseynov çıxarıb. Yeni baş məşqçinin kim olacağı bilinmir. 
Qeyd edək ki, məşqi klubun prezidenti Mais Mənsimov da izləyib.
"Xəzər Lənkəran"da qiyam: Yunis Hüseynov geri qayıtdı - FOTO
"Xəzər Lənkəran"da qiyam: Yunis Hüseynov geri qayıtdı - FOTO
"Xəzər Lənkəran"da qiyam: Yunis Hüseynov geri qayıtdı - FOTO
"Xəzər Lənkəran"da qiyam: Yunis Hüseynov geri qayıtdı - FOTO
"Xəzər Lənkəran"da qiyam: Yunis Hüseynov geri qayıtdı - FOTO
"Xəzər Lənkəran"da qiyam: Yunis Hüseynov geri qayıtdı - FOTO
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər