"Xəzər Lənkəran"da problemlər var - "Böyük oyun"

"Xəzər Lənkəran"da problemlər var - "Böyük oyun"

"Xəzər Lənkəran" "Neftçi" ilə oyunun hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, dünən Tofiq Bəhramov adına Respublika stadionunun süni örtüklü meydançasında məşqə çıxan komandaya köməkçi-məşqçi Oğuz Çətin rəhbərlik edib. Buna səbəb Mustafa Dənizlinin hələ də Türkiyədə olmasıdı.

Sevindici məqam odu ki, “Qarabağ”la oyunda zədələnən Mbilla Etame məşqə qatılıb. Əvəzində Adrian Pit, Slavik Alxasov və Zohair Benuahi hazırlıqdan kənarda qalıb.

Qeyd edək ki, hazırda "Xəzər Lənkəran"da iki cəzalı futbolçu var. Elnur Abdullayev "Qarabağ"la oyunda sarı vərəqə limitini doldurub. Slavik Alxasov isə "Sumqayıt"da oynadığı vaxt - XVI turun "Bakı" ilə oyununda hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq 4 oyunluq cəzalandırılmışdı. "Sumqayıt"ın heyətində "İnter" və "Xəzər Lənkəran"la görüşləri kənardan izləyən hücumçu "Xəzər Lənkəran"la "Qarabağ"a qarşı oynamayıb. "Böyük oyun"da Rsulanın cəzası bitəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər