Bu gün Premyer Liqanın XV turu çərçivəsində AZAL-la qarşılaşacaq "Xəzər Lənkəran" problemlə üzləşib. Fanat.az xəbər verir ki, hücumçu Mbilla Etame zədələnib.
O, dünənki məşqdə əzələsini dartıb və hazırlıq prosesini başa çatdıra bilməyib. Həkim nəzarətində olan Etamenin AZAL-a qarşı oynayıb-oynamayacağı oyun saatında bilinəcək.
Fanat.az