"Xəzər Lənkəran"da maaş problemi var? - rəsmi açıqlama

"Xəzər Lənkəran"da maaş problemi var? - rəsmi açıqlama
"AZAL-la oyundan iki gün öncə komandaya maaşlar ödənilib. Son ayın maaşı qalıb ki, o da avqustun sonu veriləcək. "Xəzər Lənkəran"da heç vaxt maaş problemi olmayıb". Bu sözləri Fanat.az-a açıqlamasında "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
Bu gün "Xəzər Lənkəran"da maliyyə problemi olması ilə bağlı xəbərlər yayılıb. Xəbərdə bildirilir ki, avqustun ortaları olmasına baxmayaraq, futbolçular iyun və iyul aylarının maaşını almayıb. Lakin klub rəsmisi xəbəri təkzib edib.
Həmçinin "Xəzər Lənkəran"da məşqçi heyəti ilə bəzi futbolçular arasında problemlərin olduğu da bildirilir. Amma Hüseyn Cəbrayıloğlu bunu da təkzib edib: "Məşqçilərlə futbolçular arasında narazılığın olması barədə xəbər kökündən yalnışdı. Az qala iki gündən bir klubun rəsmi saytında məşqlərdən video-görüntülər verilir. Ən azı o videolarda kollektivdəki mehribançılığın hansı səviyyədə olduğu görünür".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər