"Xəzər Lənkəran" "Sumqayıt"la oyuna iki itki ilə çıxacaq. Klubun mətbuat xidmətindən Fanat.az-a bildirilib ki, Cahangir Həsənzadə və Ağabala Ramazanov sabah meydana çıxmayacaq.
Hər iki futbolçu hələ zədəsini sağaltmayıb. Bu səbəbdən onlar "Sumqayıt"la oyunu kənardan izləməli olacaq.
Fanat.az