"Xəzər Lənkəran"da itki

"Xəzər Lənkəran"da itki
“Xəzər Lənkəran” Topaz Premyer Liqasının V turunun “Neftçi” ilə oyunu öncəsi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, Lənkəran klubunun aparıcı üzvlərindən olan Alfred Sanko Sierre Leone yığmasının heyətində ciddi zədə alıb.
Belə ki, sentyabrın 6-da Afrika Millətlər Kubokunun seçmə mərhələsində Kot`D-İvuar millisinə qarşı matçda start heyətdə meydana çıxan futbolçu oyunu yarımçıq dayandırıb. O, zədə səbəbindən meydanı tərk edib.  
 
Bu səbəbdən də Sanko "Neftçi"yə qarşı keçiriləcək matçda meydançaya çıxa bilməyəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər