"Xəzər Lənkəran"da istirahət

"Xəzər Lənkəran"da istirahət
Sloveniyada təlim-məşq toplanışında olan "Xəzər Lənkəran"ın futbolçularına istirahət verilib. Klubun mətbuat xidmətindən Fanat.az-a verilən məlumata görə, komanda bu gün məşq etməyəcək.
Ötən gün Latviyanın "Yurmala" klubunu 3:1 hesabı ilə yenən "Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin yetirmələrinə bir günlük istirahət etmək imkanı yaradıb. Komanda sabahdan məşqləri bərpa edəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər