"Xəzər Lənkəran"da iki yeni sima

"Xəzər Lənkəran"da iki yeni sima
"Xəzər Lənkəran" Premyer Liqanın V turunun hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, Lənkəran klubunun məşqlərinə iki yeni futbolçu qatılıb.
Belə ki, yeni transferlər - braziliyalı Deyvid Sakkoni və ispan Edu Oriol artıq komandaya qoşulub. Onların V turda meydana çıxıb-çıxmayacağı hələ bilinmir.
Yenidən komandaya qaytarılan fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorre isə yaxın günlərdə komandaya qoşulacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər