"Xəzər Lənkəran"da fransalı forvard

"Xəzər Lənkəran"da fransalı forvard

Hücumçu aхtarışında olan "Xəzər Lənkəran" istədiyi oyunçunu tapıb. Klubdan Fanat.az-a verilən məlumata görə, məşqçilər korpusu menecerlər tərəfindən təklif olunan futbolçular arasından LiImam Seydini seçib.

Hazırda Fransa vətəndaşlığı daşıyan hücumçu ilə danışıqlar gedir. Tərəflər anlaşsa bilsə, Lilmam tezliklə "Xəzər Lənkəran"a baxışa gələcək.

Qeyd edək ki, Seneqal əsilli LiImam Seydi Parisdə doğulub və Fransa vətəndaşıdı. 29 yaşlı forvard karyerası ərzində Fransanın "Mende", Bəhreyninin "Bəhreyn", İspaniyanın "Ribarroja", Tunisin "Qabes", Slovakiyanın "Bodva", Macarıstanın "Diosqyor" və "Debretsen" klublarında çıхış edib. 2014/15 mövsümünə "Debretsen"də başlayan Seydi mövsümü bu ölkənin "Nireqihaza Spartakus" klubunda bitirib. O, bu iki komandada 25 oyun keçirib və 5 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər