"Xəzər Lənkəran"da daha bir ciddi itki

"Xəzər Lənkəran"da daha bir ciddi itki

Milli komandaların toplanışı ilə əlaqədar ölkə çempionatında yaranan fasilə müddətində Bakıda hazırlığına start verən “Xəzər Lənkəran” noyabrın 5-dən etibarən məşqlərini paytaxtda davam etdirir. Fanat.az xəbər verir ki, gündə iki dəfə olmaqla, səhərlər fiziki, axşam məşqində isə taktiki planda keçirilən məşqlərdə iki futbolçu - Cahangir Həsənzadə və Ağabala Ramazanov tam olaraq iştirak edə bilmir. 

Adıçəkilən futbolçular hazırda yüngül çalışmalarla xüsusi planda zədələrini sağaltmağa cəlb olunublar. Son məşqdə Manuel Skarlatakenin ciddi zədələnməsi isə məşqçilər korpusunu qayğılandıran əsas məqamdı. Rumıniyalı futbolçu əzələ yırtığı səbəbi ilə üç həftə komandaya kömək edə bilməyəcək.

Bu arada “Xəzər Lənkəran” hazırlıq prosesində AZAL klubu ilə yoxlama oyunu keçirəcək. Yoxlama oyunu noyabrın 12-də "AZAL Arena"da start götürəcək və saat 16.00-da başlayacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər