"Xəzər Lənkəran" Premyer Liqanın V turu çərçivəsində səfərdə "Neftçi" ilə qarşılaşacaq. Fanat.az xəbər verir ki, baş məşqçi Oğuz Çətin start heyətini açıqlayıb.
Türk mütəxəssis "İnter"lə oyunda meydana buraxdığı "11-lik"də cəmi bir dəyişiklik edib. Belə ki, Sierra Leone yığmasının heyətində zədələnən Alfred Sanko meydana çıxmayacaq. Həkimlər afrikalı oyunçunu derbiyə hazırlamağa çalışsa da,buna nail olmayıblar. Sankonun adı "18-liy"yə salınmayıb. Onu Tural Cəlilov əvəzləyib.
Fanat.az