"Xəzər Lənkəran"da alban yarımmüdafiəçi?

"Xəzər Lənkəran"da alban yarımmüdafiəçi?
"Xəzər Lənkəran"a təklif olunan futbolçulardan birinin kimliyi müəyyənləşib. Fanat.az xəbər verir ki, alban yarımmüdafiəçi Yurgen Qyasula Lənkəran klubuna təklif edilib.
28 yaşlı futbolçunun son klubu Bolqarıstan "Liteks"i olub. O, 2013/14 mövsümündə bu komandada 35 oyun keçirib və 11 qol vurub. Qyasula əvvələr Almaniyanın "Kayzerslautern", "Frankfurt", "Duysburq", İsveçrənin "Sent Qallen" və "Bazel" klublarında çıxış edib. Yarımmüdafiəçi ötən il Albaniya milllisində iki oyun keçirib. O, Ermənistan və Cənubi Kiprə qarşı oynayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər