"Neftçi" əzmkarlıq nümayiş etdirib bir xal qazandıqdan sonra istirahətə çəkilən "Xəzər Lənkəran" bu gün hazırlıqlara start verəcək. Fanat.az xəbər verir ki, komanda 5 günlük istirahətin ardından Lənkərandakı bazasında toplanaraq məşqlərinə başlayacaq.
XXX turu buraxmalı olan "Xəzər Lənkəran" aprelin 25-də "Qəbələ" ilə növbəti turun ev matçına qədər hazırlığını doğma məkanda keçirəcək. "Neftçi" ilə matçda ciddi zədə alan futbolçu olmadığından məşqlər tam heyətlə hazırlaşacaq komanda bununla belə "Qəbələ" ilə oyunda Elşən Rzazadə, Alfred Sanko və kapitan Rahid Əmirquliyevin köməyindən yararlana bilməyəcək.
Fanat.az