"Xəzər Lənkəran"a vəfa borcunu unutmadı

"Xəzər Lənkəran"a vəfa borcunu unutmadı
"İnter" - "Xəzər Lənkəran" oyununda maraqlı hadisə baş verib. Fanat.az хəbər verir ki, matçın ikinci qoluna imza atan Elnur Abdullayev buna sevinməyib.
Belə ki, Elnur 47-ci dəqiqədə "İnter"in üstünlüyünü iki topa çatdırıb. Lakin o, adət olunduğu kimi vurduğu qola sevinməyib. Bu isə onunr uzun müddət "Xəzər Lənkəran"ın formasını geyinməsi ilə bağlıdı. Bir sözlə futbolçu sabiq klubuna qarşı vəfa borcunu yerinə yetirib.
Qeyd edək ki, Elnur 2011-2014-cü illərdə çıхış etdiyi "Xəzər Lənkəran"da 131 oyun keçirib və 11 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər