"Neftçi"nin Müşahidə Şurasının rəhbəri Çingiz Abdullayev ANS-də yayımlanan “Günə Baxan” verlişinin qonağı olub. Fanat.az xəbər verur ki, yazıçı bu həftə “Neftçi”nin “Xəzər-Lənkəran”la baş tutacaq oynu barədə danışıb.
Aparıcının sosial şəbəkələrdə komandalar arasında yaranan gərginliyin nə vaxt aradan qalxacağı ilə bağlı sualına Çingiz Abdullayev belə cavab verib: "Mən inanmıram ki, oyun zamanı belə gərginlik olsun. Amma təbii ki, idman gərginliyi olmalıdı. Yaranan Bakı-Lənkəran kimi yersiz söhbətlərə əsas yoxdu. Biz bir millətik. Azərbaycanı bölmək lazım deyil".
Yazıçı həmçinin güclü komandanın qalib gəlməsini arzulayıb. Çingiz Abdullayev “Neftçi” uduzsa meydana çıxıb bir qolu da özü vuracağını deyib.
Fanat.az