"Xəzər Lənkəran"ın məşqçilər korpusu hələ də tam şəkildə müəyyənləşməyib. Fanat.az xəbər verir ki, baş məşqçi Oğuz Çətin hələlik qəti qərarını verməyib.
Belə ki, Emin Quliyevlə qapıçılarla işləyən məşqçi Hafiz Əliyev komandada saxlanılıb. Fiziki hazırlıq üzrə məşqçi Ciovanni Melkiorrenin də qalması gözlənilir. Mustafa Dənizlinin istefasından sonra baş məşqçi postuna təyin olunan Oğuz Çətindən boşalan köməkçi vəzifəsi isə boş qalır. Bu posta çox güman ki, Türkiyədən məşqçi dəvət olunacaq.
Fanat.az