AZAL Premyer Liqanın XXX turunun oyununu itkilərlə çıxacaq. Fanat.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov "Xəzər Lənkəran"la səfər matçında iki futbolçunun xidmətindən yararlana bilməyəcək.
Belə ki, Samuel Barlayla Aylton sarı vərəqə limiti üzündən kənarda qalacaq. Hər iki futbolçu "Qəbələ" matçında mövsümüne 8-ci "sarı"sını alaraq ikipci dəfə cəzalı duruma düşüb.
Samuel Barlay qarşılaşmanın 66-cı, Aylton isə 84-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanıb.
Fanat.az