"Xəzər Lənkəran"ın qapıçılarla işləyən yeni məşqçisi müəyyənləşib. Fanat.az xəbər verir ki, komandada bu işlə bundan sonra Murad Aksu məşğul olacaq.
Türk mütəxəssis sabah komandanın düşərgəsndə olacaq. Xəbəri "Xəzər Lənkəran"ın mətbuat xidməti təsdiqləyib.
Qeyd edək ki, Murad Aksunun son iş yeri "Sivasspor" olub. O, bu komandada Roberto Karlosun köməkçisi olub. O, əvvəllər Oğuc Çətinlə birlikdə işləyib.
Fanat.az