"Xəzər Lənkəran"a qarşı oynamaq əlavə motivasiya olacaq"

"Xəzər Lənkəran"a qarşı oynamaq əlavə motivasiya olacaq"

“Son iki oyundakı qələbənin davamını gətirmək istəyirik. Bütün futbolçular qarşıdakı matçın mahiyyətini yaxşı başa düşür. Oyuna necə lazımdısa, elə də hazırlaşmışıq. Meydana bizə sərf edən nəticəni qazanmaq üçün çıxacağıq”. Fanat.az xəbər verir ki, bu sözləri "Kəpəz"in futbolçusu Juninyo deyib.

Braziliyalı yarımmüdafiəçi qarşıdakı görüşdə sabiq klubuna qarşı oynayacaq. Juninyo vaxtilə ölkəmizdə “Bakı” ilə yanaşı, “Xəzər Lənkəran”da da çıxış edib: “Keçmiş komandama qarşı oynamağım mənim üçün əlavə motivasiya olacaq. Amma heç bir prinsipiallıqdan söhbət belə gedə bilməz. Hazırda “Kəpəz”də çıxış etdiyim üçün bu komandanın uğurunu düşünməliyəm. Bütün fikrimi Gəncə klubunun oyunlarına yönəltmişəm”. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər