Premyer Liqanın XI turunda “Simurq”u qəbul edəcək “Xəzər Lənkəran” doğma şəhərdə hazırlıqlara başlayıb. Fanat.az xəbər verir ki, bu gün səhər Bakıdan cənub istiqamətinə yola düşən komanda saat 15.00-da Lənkərana çatıb.
Klubun bazasında istirahət edən futbolçular saat 17.30-da stadionun əsas meydançasında məşqə çıxıb. Yol yorğunluğunu nəzərə alan məşqçilər korpusu hazırlıq prossesinin nisbətən yüngül keçməsinə çalışıb. Ardından futbolçulara bir gün sonra keçiriləcək oyunöncəsi son məşqə qədər istirahət verilib.
Qeyd edək ki, komandaya dəstək nümayiş etdirmək istəyində olan klub rəhbərliyi də tam heyətlə Lənkərana yollanıb.
12cioyuncu.info