"Xəzər Lənkəran" Zaqrebə uçur

"Xəzər Lənkəran" Zaqrebə uçur
"Xəzər Lənkəran"ın Ərzurum toplanışı davam edir. Fanat.az xəbər verir ki, komanda qardaş ölkədəki hazırlıqlarını iyulun 6-da başa çatdıracaq.
"Xəzər Lənkəran" həmin gün Sloveniya toplanışına yollanacaq. Ərzurum-İstanbul-Zaqreb reysi ilə Xorvatiyaya gedəcək komanda ordan avtobusla Sloveniyaya üz tutacaq.
Lənkəranlılar bu ölkədə 4 yoxlama oyunu keçirəcək. Heç bir problem olmasa, qarşılaşmalar klub televiziyası ilə canlı yayımlanacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər