Premyer Liqanın VI turunda "Bakı"nı qəbul edəcək "Xəzər Lənkəran" hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, qısamüddətli Qəbələ toplanışından sonra Lənkərandakı bazasında toplaşan komanda artıq üç gündü hazırlığa başlayıb.
Milli komandaların oyunu ilə əlaqədar cənubluların düşərgəsindən ayrılan futbolçular Nikola Qliqorov istisna olmaqla, geri qayıdaraq məşqlərdə iştirak edirlər. Makedoniyalı futbolçu isə dünən ölkəsinin DÇ-2014 seçmə mərhələsi çərçivəsində Şotlandiya ilə oyunu olduğundan sabahdan "Xəzər Lənkəran"a qoşulacaq.
"Xəzər Lənkəran"ın gənc forvardı Elnur Cəfərov isə yenidən U-17 düşərgəsinə toplanışa çağrılıb. Gündə iki dəfə ehtiyat meydanda keçirilən məşqlər aramsız yağan yağışa rəğmən, davam etdirilir və komanda zədəli futbolçu olmadan tam heyətlə hazırlığını sürdürür.
Fanat.az