"Xəzər Lənkəran"ın yoxlama oyunu keçirəcəyi daha bir komanda müəyyənləşib. Fanat.az xəbər verir ki, təmsilçimiz Rusiyanın "Mordoviya" klubu ilə qarşılaşacaq.
Bu barədə Rusiya təmsilçisinin rəsmi saytı məlumat yayıb. "Xəzər Lənkəran" Yuri Syominin komandası ilə iyulun 18-də üz-üzə gələcək.
Qeyd edək ki, Rusiya mətbuatı "Xəzər Lənkəran"ın iyulun 18-də ÇSKA ilə qarşılaşacağını iddia etmişdi.
Fanat.az