Təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” bu gün dostluq matçı keçirəcək. Fanat.az xəbər verir ki, Ramazan bayramı ilə əlaqədar qardaş Türkiyədə əksər klubların qısamüddətli istirahəti səbəbindən "ağ-yaşıllar" əvvəlcədən bu günə planlaşdırılmış yoxlama oyununu dostluq matçı ilə əvəz edib.
“Xəzər Lənkəran” Bakı vaxtı ilə saat 20.00-da Türkiyə həvəskarlar liqasında mübarizə aparan "Antalya Kundu Spor" klubu ilə məskunlaşdığı otelin futbol meydançasında qarşılaşacaq. İyul ayının 21-də isə təmsilçimiz Türkiyə Super Liqasında çıxış edən “Kayserispor”la yoxlama oyununda qüvvəsini sınayacaq.
Qeyd edək ki, "Xəzər Lənkəranr" bundan əvvəl Türkiyədə iki oyun keçirib. 3-cü liqa təmsilçisi "Niğdespor"u 1:0 hesabı ilə yenən "ağ-yaşıllar" Super Liqada çıхış edən "Kasımpaşa"ya uduzub - 0:2.
Fanat.az