"Xəzər Lənkəran" yağışlı havada məşq etdi

"Xəzər Lənkəran" yağışlı havada məşq etdi
Premyer Liqanın VI turunda "Bakı"nı qəbul edəcək "Xəzər Lənkəran" doğma şəhərdə hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, komanda bu gün iki məşqə çıxıb. 
Saat 10.00-da başlayan səhər məşqinə Covanni Melkiorenin müxtəlif fiziki çalışmaları ilə start verilib. Daha sonra isə Con Toşak taktiki hazırlıqlarını keçib. 
Lənkəranda günorta saatlarında başlayan güclü yağış axşam məşqinin cəmi 50 dəqiqə davam etməsinə səbəb olub. Millinin düşərgəsindən qayıdan Rahid Əmirquliyev və Rasim Ramaldanov saat 18.00-da başlayan və daha çox taktiki çalışmalardan ibarət olan axşam məşqinə qatılıbar. Onlardan fərqli U-19-un heyətində olan Ağabala Ramazanov hələ geri dönməyib.
12cioyuncu.info
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər