"Xəzər Lənkəran" xeyriyyə yarmarkasında iştirak edəcək

"Xəzər Lənkəran" xeyriyyə yarmarkasında iştirak edəcək
Dekabr ayının 1-dən 31-nə qədər Bakının mərkəzində, Fəvvarələr Meydanında ənənəvi "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası keçiriləcək. Fanat.az xəbər verir ki, bu il "Xəzər Lənkəran" Futbol Klubu da yarmarkada iştirak edəcək. 
Bir ay ərzində "Xəzər Lənkəran"a məxsus satış nöqtəsində komandanın azarkeşləri klubun fan-şopunun rəsmi məhsullarını endirimli qiymətlərlə əldə edə bilərlər. Həmçinin azarkeşlər qeyd olunan dövr ərzində yarmarkanı ziyarət edəcək komanda üzvləri ilə görüşmək imkanı da əldə edəcəklər.
"Xəzər Lənkəran" xeyriyyə yarmarkasında iştirak edəcək
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər