Mustafa Dənizli AZAL-la oyunla (1:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Xəzər Lənkəran”ın baş məşqçisi xal itirdikləri oyundan razı qalıb:
“Maraqlı oyun oldu, komandanın oyunundan, mübarizə əzmindən məmnun qaldım. Qalib gələ biləcəyimiz oyun idi. Ciddi qol imkanlarımız oldu. Rəqib bir neçə imkan yaratdı, onlardan birində qapımızda qol gördük. Komanda şəklində müdafiə olunduqda sadə qollar buraxırıq, bu, məni narahat edir. Futbolçuların qazanmaq istəyi məni ümidləndirdi, səhvlər həmişə olur. Bütün fikrimizi kubokun cavab oyununa yönəldəcəyik”.
Fanat.az